Rusiyada yanğında dörd nəfər ölüb

 14:55 22.02.2021     310

Rusiyada evdə baş verən yanğın dörd nəfərin ölümünə səbəb olub.

Redaktor.az-ın məlumatına görə, Moskva ətrafında yerləşən Peşkovo kəndində fərdi yaşayış evində yanğın baş verib.

Bu gün səhər baş vermiş yanğında dörd nəfər, o cümlədən iki uşaq yanaraq ölüb.

Yanğının səbəbləri araşdırılır.  //APA