Rusiyada yol qəzası: Xəsarət alanlar var

Rusiyada avtomobilin mikroavtobusla toqquşması nəticəsində 16 nəfər xəsarət alıb.
Redaktor.az bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.
Qeyd edilir ki, hadisə Tuvada qeydə alınıb. Yaralılardan əksəriyyəti uşaqdır.
Fakt araşdırılır.
Orxan İsmayıl / Redaktor.az