Putinlə Lukaşenko xizək sürdülər

 18:50 22.02.2021     101

Rusiya Prezidenti Vladimir Putinlə Belarus Prezidenti Aleksandr Lukaşenko bu gün baş tutan danışıqlardan sonra “Krasnaya Polyana” dağ-xizək kompleksində xizək sürüblər.

Redaktor.az xəbər verir ki, prezidentlər qar motosikletləri ilə yamaclardan birinə eniblər. Ölkə başçıları “Krasnaya Polyana”da dincələnləri salamlayıblar.

Qeyd edək ki, Lukaşenko bir neçə gün əvvəl Rusiyaya səfər edib. Onun bu gün Soçidə Putinlə görüşü olub. Görüş əsnasında Rusiya Prezidenti belaruslu həmkarını xizək sürməyə dəvət edib. //Qafqazinfo