Ağ Evin “YouTube” səhifəsinə şərh yazmaq olmur

 02:15 23.02.2021     287

“YouTube” videohostinqinin istifadəçiləri Ağ Evin rəsmi hesabındakı videoların altında şərh yazmaq imkanlarını itiriblər.

Redaktor.az xəbər verir ki, sözügedən kanalda, videonun altındakı şərhlər bölməsində “Şərhlər bağlanılıb” bildirişi meydana çıxıb.

İstifadəçilər nə yeni şərh yaza, nə də əvvəlki şərhləri oxuya bilirlər.

Bu qərarın kim tərəfindən verildiyi hələ ki açıqlanmır.

Ağ Ev məsələyə münasibət bildirməyib. //Oxu.az 

Vumart və Güvən reklamı Vumart Güvən