"Boeing 777"lərin uçuşuna qadağa qoyuldu - HAVAYA QALXAN KİMİ YANIR

 10:26 23.02.2021     199

ABŞ Federal Aviasiya İdarəsi (FAA) "Boeing 777" təyyarəsinin Kolorado ştatında havaya qalxdıqdan sonra texniki nasazlığa görə təcili eniş etməsindən sonra bu tipli təyyarələrlə bağlı istintaqa başlayıb.

Redaktor.az xəbər verir ki, FAA prezidenti Stiv Dikson açıqlamasında "United Airlines"dəki bütün "Boeing 777"lərin araşdırılacağını qeyd edib.

Dikson yalnız bu tipli təyyarələrdə istifadə olunan mühərrik tipinə xas olan fan bıçaqlarının yoxlanılmasının lazım olduğunu bildirib. 

"United Airlines"də bütün "Boeing 777"lərin istifadəsi müvəqqəti olaraq dayandırılıb.

Orxan İsmayıl / Redaktor.az