Türkiyə müdafiə sənayesindən BÖYÜK NAİLİYYƏT - DÜŞMƏNİ VAHİMƏYƏ SALAN DRONLAR / FOTO

Türkiyəli mütəxəssis Selçuk Bayraktarın texniki direktoru olduğu “Baykar Holding” şirkətinin işləyib hazırladığı "Akıncı" dronlarının (TİHA) istehsalı prosesi başa çatıb.
Redaktor.az xəbər verir ki, bu yeni texnoloji məhsul pilotsuz hücum dronları kimi təsnifləşdirilib.
Yeni növ dronlar bir sıra xüsusiyyətlərinə görə əvvəlkiləri üstələyir və dağıdıcı gücü daha çoxdur.
Ötən il “Akıncı” dronları müxtəlif şəraitlərdə sınaqdan keçirilib. Hər hansı yerüstü idarəetmə sistemi olmadan enmə və qalxma funksiyalarının hansı şəkildə yerinə yetirildiyi yoxlanılıb. Nəticə isə olduqca uğurlu olub.
Orxan İsmayıl / Redaktor.az


