Gürcüstanda daha 493 nəfər koronavirusa yoluxub

Gürcüstanda son sutkada koronavirusa 493 yoluxma halı qeydə alınıb.
Redaktor.az bildirir ki, bu barədə Gürcüstan Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, ölkədə daha 10 nəfər COVID-19-dan ölüb.
Gürcüstanda koronavirusa yoluxanların ümumi sayı 268 min 995, ölənlərin sayı isə 3457 nəfərdir.
Orxan İsmayıl / Redaktor.az