İran nüvə obyektlərinə təlimat verdi - NƏYƏ HAZIRLIQ GEDİR?

Tehran rəhbərliyi beş ildir Beynəlxalq Atom Enerjisi Agentliyi müfəttişlərinə qapılarını açdığı obyektlərə bundan sonra icazəsiz girişə qadağa qoyacaq.
Redaktor.az xəbər verir ki, İran, Nüvə Silahlarının Yayılmasının Qarşısının Alınması Müqaviləsinə (NPT) əsasən, 2016-cı ildən bəri könüllü olaraq tətbiq etdiyi və Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) müfəttişlərinə xüsusi yoxlama icazələri verdiyi Əlavə Protokoldan çıxıb.
İranın Birləşmiş Millətlər Təşkilatının (BMT) Vyana Ofisindəki daimi nümayəndəsi Kazım Qaribabadi "Sanksiyaların qaldırılmasına dair Strateji Fəaliyyət Planı qanunu çərçivəsində BAEA-ya verilən bütün əlavə yoxlamalar dayandırılıb" deyə bildirib.
Qaribabadi həmçinin bunları qeyd edib:
"Bu andan etibarən Təhlükəsizlik Nəzarəti Müqaviləsindən kənar bir öhdəlik yoxdur. Nüvə obyektlərinə də lazımi təlimatlar verilib".
Orxan İsmayıl / Redaktor.az