Şəhzadənin milyonluq zinyət əşyalarını oğurlanıb - FOTO

 13:24 23.02.2021     226

İordaniya şəhzadəsi həyatının ən böyük şokunu yaşayıb.

Redaktor.az-ın məlumatına görə, şəhzadə Firyalın Londonda yerləşən evinin təmizlik işinə baxan Vircilina Taba dəyəri 1 milyon sterlinq olan çox sayda qızıl-zinyət əşyalarını oğurlayıb. Tabanın oğurladığı mücəvhərlər arasında dünyada sadəcə 6 ədəd olan brilliant üzük, saatlar olub.

Oğurladıqları bir çox zinyət əşyalarını müxtəlif yerlərdə satan qadın dünyada 6 ədəd olan üzüyü satmaq istədikdə alıcı şübhələnib və polisə xəbər verib. Baş verənlərdən xəbər tutan şəhzadə Firyal bu hadisədən çox təsirləndiyini bildirib. 

“Oğurlanan zinyət əşyaları mənim üçün çox qiymətli və mənəvi dəyərlidir. Onların yerini heç bir şey tuta bilməz”, -deyə şahzadə bildirib.

Qeyd edək ki, keçmiş İordaniya kralı Hüseyinin qardaşı şəhzadə Məhəmməd ibn Talal ilə 1964-1978 ci illərdə ailəli olan Firyalın, şəhzadə Tala və Qazi adında iki oğlu var.

Aysel Hacıyeva / Redaktor.az

2