İranda daha 91 nəfər koronavirusdan ölüb

 15:38 23.02.2021     257

İranda son sutkada koronavirusa 8330 yoluxma halı qeydə alınıb.

Redaktor.az bildirir ki, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, ölkədə daha 91 nəfər COVID-19-dan ölüb.

İranda koronavirusa yoluxanların ümumi sayı 1 milyon 590 min 605, ölənlərin sayı isə 59 min 663 nəfərdir.

Orxan İsmayıl / Redaktor.az