ÜST koronavirusla bağlı son statistikanı açıqladı

 23:46 23.02.2021     97

Dünyada COVID-19-a yoluxanların sayı 111,41 milyon nəfəri ötüb.

Redaktor.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib.

Təşkilatın məlumatına görə, dünyada koronavirusa yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı 111,419,939 təşkil edir. Qeyd edilir ki, pandemiya ərzində dünyada koronavirusdan ümumilikdə 2,470,772 insan ölüb.

Dünyada COVID-19-a yoluxma ilə bağlı təsdiq edilmiş halların sayı bir gün ərzində 280,853 nəfər təşkil edib. Son sutkada müalicə alan daha 6884 pasiyent təhlükəli infeksiyadan ölüb.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı ötən ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, həmin il martın 11-də isə koronavirusu pandemiya elan edib. //Report