İngiltərədə daha 548 nəfər ölüb - COVID-19

İngiltərədə son gün ərzində koronavirusa 8489 yoluxma faktı qeydə alınıb.
Redaktor.az bildirir ki, bu barədə İngiltərə Səhiyyə Nazirliyi məlumat verib.
Qeyd olunub ki, ölkədə daha 548 nəfər COVID-19-dan ölüb.
İngiltərədə koronavirusa yoluxanların ümumi sayı 4 milyon 134 min 639, ölənlərin sayı isə 121 min 305 nəfərdir.
Orxan İsmayıl / Redaktor.az