İngiltərədə daha 345 nəfər ölüb - COVID-19

 09:30 27.02.2021     1102

İngiltərədə son gün ərzində koronavirusa 8523 yoluxma faktı qeydə alınıb.

Redaktor.az bildirir ki, bu barədə İngiltərə Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, ölkədə daha 345 nəfər COVID-19-dan ölüb.

İngiltərədə koronavirusa yoluxanların ümumi sayı 4 milyon 163 min 85, ölənlərin sayı isə 122 min 415 nəfərdir.

Orxan İsmayıl / Redaktor.az