Rusiyada daha 439 nəfər ölüb - COVID-19

Rusiyada son sutkada koronavirusa 11 min 534 yoluxma halı qeydə alınıb.
Redaktor.az bildirir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, ölkədə daha 439 nəfər COVID-19-dan ölüb.
Rusiyada koronavirusa yoluxanların ümumi sayı 4 milyon 234 min 720, ölənlərin sayı isə 85 min 743 nəfərdir.
Orxan İsmayıl / Redaktor.az