Türkiyədə daha 71 nəfər koronavirusdan ölüb

 22:40 27.02.2021     358

Türkiyədə son gün ərzində koronavirusa 9193 yoluxma halı qeydə alınıb.

Redaktor.az bu barədə Türkiyə Səhiyyə Nazirliyinə istinadən xəbər verir.

Ölkədə daha 71 nəfər COVID-19-dan ölüb.

Türkiyədə koronavirusa yoluxanların ümumi sayı 2 milyon 693 min 164, ölənlərin sayı isə 28 min 503 nəfərdir.

Orxan İsmayıl / Redaktor.az

2