Küçələrdə silah səsləri: Çoxlu sayda güllələnən var - TƏLƏBƏLƏR ÖLDÜRÜLÜR... / FOTO

 19:23 28.02.2021     1490

Myanmada fevralın 1-dən bu yana gərginlik azalmır. Ordu hakimiyyəti ələ keçirdikdən sonra xalq küçələrə axışıb.

Redaktor.az xəbər verir ki, həm polis, həm də ordu etiraz aksiyalarını dağıtmaq üçün odlu silahlardan istifadə edir. Ayın ilk günündən indiyədək 18 nümayişçinin öldürüldüyü, yüzlərlə şəxsin xəsarət aldığı bildirilir.

"Reuters" agentliyinin məlumatına görə, həbs olunanların sayı olduqca çoxdur. Polis və əsgərlər etiraz qeydə alınan ərazilərə yerləşərək güc tətbiq edirlər.

Adının çəkilməsini istəməyən BMT rəsmisi Yanqonda azı 5 nəfərin öldüyünü açıqlayıb. Daveydə isə 3 nəfərin polis tərəfindən öldürüldüyü bildirilib.

Digər tərəfdən, Yangondakı Hledan meydanında etiraz edən bir çox tələbənin polis maşınlarına mindirilərək aparıldığı və şəhərin bir çox nöqtəsində silah səsləri eşidildiyi qeyd olunur.

Qeyd edək ki, Myanmada fevralın 1-də ordu ölkənin faktiki lideri Aunq San Suu Çii də daxil olmaqla bir çox məmuru və hakim partiya liderini nəzarətə götürüb və bir il boyunca fövqəladə vəziyyət elan edib.

Orxan İsmayıl / Redaktor.az

22222222