ABŞ-da zəncirvari qəza: 30 avtomobil toqquşub

 11:20 01.03.2021     746

ABŞ-ın Montana ştatında 30-dan çox avtomobilin toqquşması ilə nəticələnən zəncirvari qəza baş verib.

Redaktor.az xəbər verir ki, hadisə Billinqs şəhəri yaxınlığında qeydə alınıb. Biri ağır olmaqla iki nəfər xəsarət alıb.

Qəzanın magistralın buz bağlaması səbəbindən baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır. 

Orxan İsmayıl / Redaktor.az