Rusiya texnikaları Türkiyə PUA-ları qarşısında aciz qaldı - "BÜTÜN HƏDƏFLƏR VURULUB" / FOTO

 14:14 01.03.2021     2937

"Bayraktar" şirkətinin baş direktoru Haluk Bayraktar dünyada ad qazanmış Türkiyə dronları haqqında danışıb.

Redaktor.az xəbər verir ki, o, Liviya və Dağlıq Qarabağda Rusiyanın elektron döyüş sistemlərinin "Bayraktar TB2" qarşısında aciz qaldığını söyləyib:

"Rusiyanın kiber müharibə sistemləri "Bayraktar TB2"-ni dayandıra bilmədi. Bir çox ölkə PUA-larımızı almaq istəyir. Avropadan çoxlu tələb var".

İkinci Qarabağ müharibəsində Türkiyə dronlarının fəaliyyətindən danışan Haluk Bayraktar bunları qeyd edib:

"Qarabağda 50-dən çox hava müdafiə sistemi, 140-a yaxın tank və yüzlərlə digər texnika PUA-larımız tərəfindən vuruldu. PUA-lar bu baxımdan oyunu dəyişdirən sistemlərdir".

Orxan İsmayıl / Redaktor.az

222