Sarkisyanın gizli planı: SƏFƏRBƏRLİYƏ HAZIRLIQ - NƏ BAŞ VERƏCƏK?

 21:01 01.03.2021     1703

Ermənistanın Baş naziri Nikol Paşinyan Baş qərargah rəisinin onu istefaya çağırmasının arxasında sabiq prezident Serj Sarkisyanın durduğunu bildirib.

Redaktor.az xəbər verir ki, bununla bağlı məlumat "Sputnik"də yer alıb.

 İrəvandakı təşkil olunan mitinqdə çıxış edən Nikol Paşinyan bunları qeyd edib:

"Baş qərargahdan verilən açıqlama keçmiş hökumətlərin, xüsusən də Serj Sarkisyanın diqtəsi ilə olub. Baş Qərargah rəisi bu açıqlama ilə qanunu pozdu və istefa etməlidir. Ancaq bu, o demək deyil ki, gələcəkdə ordu sıralarında qan davası olacaq. Serj Sarkisyan və keçmiş hökumətlər ordunu qanuni hökumətlərə qarşı səfərbər etməyə çalışırlar".

Nikol Paşinyan oktyabr ayında parlamentdən yarı prezident sisteminə keçidlə bağlı referendum keçirməyi planlaşdırdıqlarını açıqlayaraq, sözlərinə belə davam edib:

"Oktyabr ayında yeni referendum planlaşdırırq. Yeni hökumət sistemi ölkəmizdəki sabitliyə zəmanət verəcək və daxili böhranların qarşısını alacaq".

Orxan İsmayıl / Redaktor.az