Çin və Yaponiya arasında GƏRGİNLK - ADALAR UĞRUNDA MÜHARİBƏ...

 11:24 02.03.2021     3485

Yaponiya hökuməti Şərqi Çin dənizindəki mübahisəli Senkaku adalarını "daxili bölgəsi" olaraq adlandıran Çinin beynəlxalq hüququ pozduğunu qeyd edib.

Redaktor.az xəbər verir ki, Yaponiyanın Müdafiə naziri Nabuo Kişi adaların hazırda ölkəsinin nəzarəti altında olduğunu bildirib:

""Çin Sahil Mühafizəsi gəmilərinin Çinin birtərəfli iddialarına əsaslanan bölgədəki fəaliyyətləri qəbuledilməzdir. Problemlə əlaqədar olaraq son səviyyədə patrul və müşahidə fəaliyyətinə hazırlıqlarımızı əlaqədar qurumlarla davam etdirəcəyik".

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vanq Venbin mübahisəli adalarla bağlı vəziyyəti çətinləşdirəcək təhlükəli sözlərdən və hərəkətlərdən çəkinilməsinin vaciqliyini diqqətə çatdırıb.

Çin Müdafiə Nazirliyinin rəsmi saytında, "Adalar tarixi və qanuni əsaslarla Çinin ərazisidir. Çin Sahil Mühafizəsi gəmilərinin hüquq-mühafizə fəaliyyəti qanunidir, müzakirə edilməzdir və belə də davam edəcək" sözləri yer alıb.

Orxan İsmayıl / Redaktor.az