Rusiyada 60-a yaxın şagird zəhərlənib

 13:49 02.03.2021     650

Rusiyanın Krasnoyarsk şəhərində bir sıra məktəblərdə 60-a yaxın şagird zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib.

Redaktor.az-ın məlumatına görə, şagirdlərin vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Qeyd olunur ki, hazırda 56 nəfər müalicəsini davam etdirir. Zəhərlənən uşaqlar 7-14 yaş arasındadır.

Zəhərlənmənin məktəblərdə verilən salatla əlaqədar olduğu ehtimal edilir. //Trend.az