Koronavirusa yoluxanların sayı 115 milyonu ötüb

 14:08 02.03.2021     1189

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı 115 milyonu keçib.

Redaktor.az bildirir ki, bu barədə "Worldometers" saytı məlumat verib.

İndiyədək dünyada 115 milyon 34 min 561 nəfər koronavirusa yoluxub. 90 milyon 758 min 900 nəfər virusdan sağalıb, 2 milyon 551 min 380 nəfər isə vəfat edib.

Yoluxma sayına görə ABŞ, Braziliya və Hindistan ilk yerlərdədir.

Orxan İsmayıl / Redaktor.az