İranda daha 86 nəfər koronavirusdan ölüb

 15:02 02.03.2021     2527

İranda son sutkada koronavirusa 8495 yoluxma faktı qeydə alınıb.

Redaktor.az bildirir ki, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, ölkədə daha 86 nəfər COVID-19-dan ölüb.

İranda koronavirusa yoluxanların ümumi sayı 1 milyon 648 min 174, ölənlərin sayı isə 60 min 267 nəfərdir.

Orxan İsmayıl / Redaktor.az