COVID-19: Türkiyədə gündəlik yoluxma sayı artıb

 21:54 02.03.2021     260

Türkiyədə koronavirusla bağlı bu günə olan vəziyyət açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu gün 68 nəfər pandemiyanın qurbanı olub.

Gün ərzində 135 min 291 koronavirus testi aparılıb, bunlardan 11 min 837-si müsbət çıxıb. 

Qeyd edək ki, bu, yanvarın 11-də qeydə alınan 10 min 220 yoluxmadan sonra ən yüksək göstəricidir.

Ağır xəstə sayı 1227- dir. Sutka ərzində 7 min 892 nəfər koronavirusdan sağalıb, bununla sağalanların ümumi sayı 2 milyon 586 min 73-ə çatıb.

//Qafqazinfo