Boliviyada avtobus dərəyə aşıb - Ölənlər var

 01:50 03.03.2021     303

Boliviyada sərnişin avtobusunun dərəyə aşması nəticəsində 21 nəfər ölüb.

Redaktor.az xəbər verir ki, polisdən axtarışların davam etdiyi və ölənlərin sayının artacağının istisna olunmadığı bildirilib.

İlkin məlumata görə, cəmi 45 sərnişinin olduğu avtobus Santa Kruz şəhərinin 72 kilometrliyində dağlıq ərazidə 70 metr hündürlükdən dərəyə yuvarlanıb.

Yaralananlar xəstəxanalara yerləşdirilib.

Hadisənin səbəbi araşdırılır. //Report