Britaniyada koronavirusla bağlı SON VƏZİYYƏT

 23:06 02.03.2021     174

Böyük Britaniyada son sutka ərzində 6391 nəfər koronavirusa yoluxub. Bununla da koranavirusa yoluxanların ümumi sayı 4,188,400 nəfərə çatıb.

Redaktor.az-ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Departamenti məlumat yayıb.

Son sutka ərzində 343 nəfər koronavirusdan həyatını itirib. Hazırda Britaniyada koronavirusdan ölənlərin ümumi sayı 123,296 nəfərə çatıb. //APA