Fransada daha 301 nəfər ölüb - COVID-19

 09:46 03.03.2021     380

Fransada son gün ərzində koronavirusa 22 min 857 yoluxma faktı qeydə alınıb.

Redaktor.az bildirir ki, bu barədə Fransa Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, ölkədə daha 301 nəfər COVID-19-dan ölüb.

Fransada koronavirusa yoluxanların ümumi sayı 3 milyon 783 min 528, ölənlərin sayı isə 87 min 246 nəfərdir.

Orxan İsmayıl / Redaktor.az