ABŞ-dan Rusiyaya daha bir sanksiya - SİLAH İXRACI DAYANDIRILDI

 10:24 03.03.2021     499

ABŞ Dövlət Departamenti Rusiyaya tətbiq etdiyi sanksiyalara daha birinin əlavə edildiyini açıqlayıb.

Redaktor.az xəbər verir ki, Rusiyada müxalifət lideri Aleksey Navalnının həbs olunmasından sonra ABŞ 14 Rusiya şirkətinə qarşı sanksiya tətbiq etməyə qərar verib. Son açıqlamada isə daha bir sanksiyanın tətbiq olunacağı bildirilib.

Yeni sanksiyada ABŞ-dan Rusiyaya müdafiə sənayesi ilə bağlı ixracatın dayandırılması öz əksini tapıb. Departamentdən verilən açıqlamada yeni sanksiyaların ən az 12 ay qüvvədə qalacağı qeyd olunub.

Bununla yanaşı, bəzi yüksək vəzifəli rusiyalı şəxslərə də sanksiyalar tətbiq olunub.

Orxan İsmayıl / Redaktor.az