Gürcüstanda daha 360 nəfər yoluxub - COVID-19

 11:04 03.03.2021     561

Gürcüstanda son sutkada koronavirusa 360 yoluxma halı qeydə alınıb.

Redaktor.az bildirir ki, bu barədə Gürcüstan Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, ölkədə daha 9 nəfər COVID-19-dan ölüb.

Gürcüstanda koronavirusa yoluxanların sayı 271 min 739, ölənlərin sayı isə 3541 nəfərdir.

Orxan İsmayıl / Redaktor.az