ABŞ hərbi bazasına raket zərbələri - İRAN DƏSTƏKLİ QÜVVƏLƏR...

ABŞ-ın İraqdakı hərbi bazalarına raket zərbələri endirilib.
Redaktor.az bildirir ki, bu barədə "Reuters" agentliyi məlumat verib.
Qeyd olunub ki, Anbar vilayətindəki Ayn əl-Əsəd bazasına çoxlu sayda raket düşüb.
İlkin ehtimala görə, hava zərbələri İran dəstəkli qüvvələr tərəfindən həyata keçirilib.
Ölən və xəsarət alanlarla bağlı məlumat verilməyib.
Orxan İsmayıl / Redaktor.az