Sərnişin təyyarəsi qəzaya uğradı - Bütün sərnişinlər öldü

 13:59 03.03.2021     781

Cənubi Sudanın Jonqley əyalətində sərnişin təyyarəsi qəzaya uğrayıb.

Redaktor.az bildirir ki, bu barədə "Reuters" məlumat yayıb.

Qəza təyyarə havaya qlxdıqdan az sonra baş verib. İlkin məlumata görə, təyyarədə olan 10 sərnişin və 2 pilot həyatını itirib.

Qəzanın səbəbləri araşdırılır.

Orxan İsmayıl / Redaktor.az