Yunanıstanda güclü zəlzələ olub

Yunanıstanda 6,2 bal gücündə zəlzələ olub.
Redaktor.az bildirir ki, bu barədə ABŞ Geoloji Araşdırmalar Mərkəzi (USGS) məlumat yayıb.
Yeraltı təkanlar yerli vaxtla saat 13:16-da qeydə alınıb. Zəlzələnin ocağı 3 km dərinlikdə yerləşib.
Dağıntı və tələfat barəsində məlumat verilməyib.
Orxan İsmayıl / Redaktor.az