Roma Papası İraqa səfər edəcək

 15:53 03.03.2021     238

Roma Papası Fransisk martın 5-də İraqa səfər edəcək.

Redaktor.az-ın məlumatına görə, bu barədə Papa özü açıqlama verib.

“Allah qoysa, cümə günü İraqa üç günlük ziyarət səfərinə yollanacam. Uzun müddətdir ki, bu qədər əziyyət çəkən insanlarla görüşmək istəyirəm. İbrahimin torpağında digər dini liderlərlə birgə inanclı insanlar arasında qardaşlıq yolunda növbəti addım atacağıq”, - deyə Papa Fransisk bildirib.  

O qeyd edib ki, Roma Papası İohann Pavel II İraqı ziyarət etmək niyyətində olub, lakin səfər baş tutmayıb. //APA