Parlamentin qarşısında etiraz aksiyası keçirilir - Ermənistan

 19:15 03.03.2021     378

Ermənistanın Baş nazir Nikol Paşinyanın istefasını tələb edən müxalifət tərəfdarları İrəvanda parlament binasının qarşısında etiraz aksiyası keçirir.

Redaktor.az-ın verdiyi xəbərə görə, N. Paşinyanın parlamentdə çıxışı gözlənilir.

Parlament binasının ətrafına polis qüvvələri gətirilib. Binanın damına snayperlərin yerləşdirildiyi bildirilir. //APA