Koronavirusun ən təhlükəli növü üzə çıxdı - BÜTÜN ÖLKƏLƏRƏ YAYILACAQ

Koronavirus pandemiyasının qrafiki ayrı-ayrı ölkələrdə fərqlilik nümayiş etdirir. Virusun ən geniş yayıldığı ölkələrdən biri də Braziliyadır.
Redaktor.az xəbər verir ki, Braziliya xəstəxanalarında baş verən hadisələr eşidənləri sarsıdır. Rodoniya əyalətinin səhiyyə idarəsinin rəhbəri Fernando Maksimo vəziyyətlə bağlı bunları deyib:
"Ananız üçün reanimasiya yatağımız yoxdur. Atanız, xalanız, oğlunuz üçün reanimasiya yatağımız yoxdur. Reanimasiyamız dolub. Yer yoxdur".
Ölkənin digər tərəfində yerləşən Santa-Klara əyalətinin səhiyyə idarəsinin rəhbəri də oxşar fikirlər səsləndirib.
Braziliyadakı bütün dövlət xəstəxanaları COVID-19 xəstələri ilə dolub, Digər tərəfdən virusun yeni növünün sürətlə yayılması vəziyyəti bir qədər də mürəkkəbləşdirir.
Alimlərin P.1 adlandırdığı koronavirusun Braziliya variantı ilk dəfə keçən ilin dekabrında kəşf edilib. Ancaq ilk mərhələdə mütəxəssislər məsələnin ciddiliyini dərk etmədi.
Qeyd olunur ki, P.1 ənənəvi koronavirusla müqayisədə 2,2 dəfə daha tez yayılır və öldürücülük qabiliyyəti yüksəkdir.
Orxan İsmayıl / Redaktor.az