Türkiyədə şəhid olan hərbçilərin sayı artıb - YENİLƏNİB

Türkiyədə Bitlisdəki hərbi helikopter qəzasında daha bir nəfər həyatını itirib.
Redaktor.az-ın xəbərinə görə, həkimlərin cəhdlərinə baxmayaraq, qəzada yaralanan 4 hərbçidən birinin həyatını xilas etmək mümkün olmayıb. Bununla da qəzada şəhid olan hərbçilərin sayı 10-a yüksəlib.
Qeyd edək ki, şəhidlər arasında 8-ci Korpus komandiri, general-leytenant Osman Erbaşın da adı var.
Türkiyənin milli müdafiə naziri Hulusi Akar və Baş qərargah rəisi Yaşar Gülər bir qrup heyətlə hadisə yerinə gediblər.
20:08
Türkiyənin Bingöl əyalətində havaya qalxan hərbi helikopter qəzaya uğrayıb.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, nəticədə 9 nəfər həlak olub, 4 nəfər isə yaralanıb.
Qəzada həyatını itirənlərin nəşləri aşkarlanaraq aidiyyatı üzrə təhvil verilib.
Orxan İsmayıl / Redaktor.az




