Gürcüstanda daha 390 nəfər yoluxub - COVID-19

 11:15 05.03.2021     1862

Gürcüstanda son sutkada koronavirusa 390 yoluxma halı qeydə alınıb.

Redaktor.az bildirir ki, bu barədə Gürcüstan Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, ölkədə daha 10 nəfər COVID-19-dan ölüb.

Gürcüstanda koronavirusa yoluxanların ümumi sayı 272 min 262, ölənlərin sayı isə 3563 nəfərdir.

Orxan İsmayıl / Redaktor.az