Ukraynanın bir hissəsi Rusiyaya veriləcək - NAZİRDƏN QALMAQALLI AÇIQLAMA

 11:58 05.03.2021     3890

Slovakiyanın Baş naziri İqor Matoviçin "Sputnik V" peyvəndi ilə bağlı etdiyi zarafat diplomatik böhrana səbəb olub.

Redaktor.az xəbər verir ki, Matoviç "Sputnik V" peyvəndi əvəzinə Ukraynanın bir hissəsini Rusiyaya vəd etdim" deyərək gərginlik yaradıb. Ukraynadan gələn sərt reaksiyadan sonra Matoviç sözlərinə görə üzr istəyib.

Bu hadisə həm Ukraynada, həm də beynəlxalq arenada rezonans doğurub. Bildirilir ki, İqor Matoviç zarafatında Ukraynanın cənub-qərbindəki Zakarpatska bölgəsini peyvənd qarşılığında Rusiyaya təklif etdiyini deyib.

O, üzr istəyib və ifadələrinin ciddi qəbul edilməyəcəyinə inandığını bildirib.

Orxan İsmayıl / Redaktor.az

2