Əfqanıstanda qar uçqunu: Ölənlər var / VİDEO

 16:44 05.03.2021     4168

Əfqanıstanın şimalındakı Bədəxşan vilayətindəki dağlıq ərazidə qar uçqunu baş verib.

Redaktor.az bildirir ki, əraziyə xilasetmə qrupu və polis göndərilib.

İlkin məlumatlara görə, 14 nəfər ölüb, 3 nəfər yaralanıb.

Qar uçqununun altında daha çox insanın qaldığı ehtimalı var. Axtarış və xilasetmə işləri davam etdirilir. //Oxu.az