İtaliyada yoluxanların sayı 3 milyonu keçib - COVID-19

 09:15 06.03.2021     412

İtaliyada son gün ərzində koronavirusa 24 min 36 yoluxma faktı qeydə alınıb.

Redaktor.az bildirir ki, bu barədə İtaliya Səhiyyə Nazirliyi məlumat verib.

Qeyd olunub ki, ölkədə daha 297 nəfər COVID-19-dan ölüb.

İtaliyada koronavirusa yoluxanların ümumi sayı 3 milyon 23 min 129, ölənlərin sayı isə 99 min 271 nəfərdir.

Orxan İsmayıl / Redaktor.az