Türkiyədə daha 64 nəfər koronavirusdan ölüb

 21:27 06.03.2021     334

Türkiyədə son gün ərzində koronavirusa 11 min 770 yoluxma faktı qeydə alınıb.

Redaktor.az bildirir ki, bu barədə Türkiyə Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, ölkədə daha 64 nəfər COVID-19-dan ölüb.

Türkiyədə koronavirusa yoluxanların ümumi sayı 2 milyon 769 min 230, ölənlərin sayı isə 28 min 965 nəfərdir.

Orxan İsmayıl / Redaktor.az

2