Almaniyada yoluxanların sayı 2,5 milyonu ötüb - COVID-19

 13:10 07.03.2021     610

Almaniyada son gün ərzində koronavirusa 8103 yoluxma faktı qeydə alınıb.

Redaktor.az bildirir ki, bu barədə Robert Kox İnstitutu məluma verib.

Qeyd olunub ki, ölkədə daha 96 nəfər COVID-19-dan ölüb.

Almaniyada koronavirusa yoluxanların ümumi sayı 2 milyon 500 min 182, ölənlərin sayı isə 71 min 900 nəfərdir.

Orxan İsmayıl  Redaktor.az