SON DƏQİQƏ: Hər an müharibə başlaya bilər - QIRICILAR HAVAYA QALDIRILDI / FOTO

 13:54 08.03.2021     1016

ABŞ-ın B-52 döyüş təyyarələri Şimali Dakotadakı Minot Hava Bazasından havaya qalxaraq Orta Şərqə istiqamət alıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Associated Press" (AP) agentliyi məlumat yayıb.

Məlumata görə, 2 B-52 döyüş təyyarəsi İsrail, Fələstin, Səudiyyə Ərəbistanı və Qətərin səmalarında hərəkət ediblər. 

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) açıqlamasında İrana qarşı olan eyham diqqət çəkib. Açıqlamada deyilir:

"İki B-52 təyyarəsi ABŞ-ın bölgədəki təhlükəsizliyə dair öhdəliyini bir daha vurğulamaq üçün, ABŞ tərəfdaşlarına və müttəfiqlərinə qarşı təcavüzü dəf etmək üçün çoxmillətli bir patrul missiyası həyata keçirdi".

AP agentliyi uçuşun Fars körfəzindəki İsrail gəmisində baş verən partlayışdan sonra gərginliyin artdığı və Təl-Əvivin rəsmi olaraq Tehranı günahlandırdığı bir dönəmdə baş verməsinə diqqət çəkib.

Orxan İsmayıl / Redaktor.az

 

222