Atlantik okeanda güclü zəlzələ olub

 09:45 20.03.2021     289

Atlantik okeanda, Portuqaliya sahillərində 5,8 bal gücündə zəlzələ baş verib.

Redaktor.az-ın ABŞ Geoloji Xidmətinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Azor adaları arxipelaqında yerləşən Santa-Kruş-da-Qrasioza yaşayış məntəqəsindən 912,4 kilometr şimalda, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Sunami təhlükəsi barədə məlumat daxil olmayıb.