Türkiyədə 4,3 maqnitudalı zəlzələ olub

 12:45 20.03.2021     112

Bu gün Türkiyənin şərqində 4,3 maqnitudalı zəlzələ olub.

Redaktor.az-ın xəbərinə görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin ocağı Ərzincan şəhərindən 36 km qərbdə, 7 km dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb. //APA