Yaponiyada 7,2 bal gücündə zəlzələ olub

Yaponiyanın şimal-şərqində 7,2 maqnitudalı zəlzələ olub, sunami təhlükəsi elan edilib.
Redaktor.az-ın məlumatına görə, bu barədə Yaponiya Milli Meteorologiya İdarəsi məlumat yayıb.
Zəlzələnin ocağı Miyaqi əyalətinin sahilində, 60 km dərinlikdə yerləşib.
Meteoroloqlar Miyaqi əyalətində sahildə sunaminin hündürlüyünün 1 metrə çatacağını proqnozlaşdırır.
Mütəxəssislər hazırda zəlzələnin qəzalı Fukusima Atom Elektrik Stansiyasına təsir edib-etmədiyini araşdırır.
Dağıntı və tələfat barədə məlumat verilmir.
Qeyd edək ki, zəlzələ Fukusima, İbaraki, İvate, Saytamu və Tokioda hiss edilib. //APA