Türkiyə yeni təyyarəsini sınaqdan keçirdi - SUALTI HƏDƏFLƏRİ MƏHV EDİR / FOTO

Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığının ən müasir dəniz patrul təyyarəsi olan P-72 uçuşlar həyata keçirib.
Redaktor.az bu barədə "TRT Haber"ə istinadən xəbər verir.
Təyyarədə 8 personal, 2 pilot və 1 taktik koordinator yer alır. P-72 yerüstü dəniz hərəkətliliyini çəkərək LINK 16 məlumat sistemi vasitəsi ilə dəniz və hava qüvvələri mənsublarına məlumat ötürür.
Dəniz Hava Donanmasının komandiri Polkovnik Ahmet Özekin təyyarə ilə bağlı bunları bildirib:
"P-72 dəniz patrul təyyarələrimizlə birlikdə ilin sonunadək təxminən 12 dəniz patrul təyyarəmiz olacaq. Dü.mənin su altında aşkar edilmiş obyektləri Mark 46 və Mark 54 torpedaları tərəfindən məhv edilə bilər. 9 saata qədər havada qala bilən təyyarə bəzi raketlərdən və elektronik silahlardan özünü müdafiə etmək iqtidarındadır".
Orxan İsmayıl / Redaktor.az





