İranda daha 75 nəfər koronavirusdan ölüb

İranda son sutkada koronavirusa 7 540 yoluxma halı qeydə alınıb.
Redaktor.az bildirir ki, bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, ölkədə daha 75 nəfər COVID-19-dan ölüb.
İranda koronavirusa yoluxanların ümumi sayı 1 793 805, ölənlərin sayı isə 61 724 nəfərdir.
Orxan İsmayıl / Redaktor.az