Paşinyan: Ermənistanın itkilərinin sayı 4000-ə qədərdir

 21:12 20.03.2021     146

Bugünkü günə olan məlumata əsasən ikinci Qarabağ müharibəsində Ermənistan tərəfində 3 250 nəfərin həlak olması rəsmən təsdiq edilib.

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan Nor Yedesiya icmasının sakinləri ilə görüşündə bildirib.

"Ermənistan tərəfində bugünkü günə olan məlumata görə, 3 250 nəfər rəsmən təsdiq edilmiş (müharibədə-red) itki var. Bu gün 189 valideyn DNT nümunələri verib və cavab gözləyir. Bəli, itkin düşənlərin kifayət qədər böyük siyahısı var, amma bu siyahını dəqiqləşdirmək lazımdır”, - Paşinyan deyib.

Onun sözlərinə görə, Ermənistan tərəfi müharibədə onsuz da çox itki verib, ancaq qurbanların sayını siyasi spekulyasiya məqsədilə dörd dəfə artırmaq lazım deyil.

“Əgər yeni şərait müəyyən olunmasa, müharibə qurbanlarımızın sayının 4 000 nəfəri ötəcəyi o qədər də ağlasığan deyil”, - baş nazir əlavə edib. //Report.az