ABŞ 10 İran vətəndaşını həbs etmək istəyir

 06:30 21.03.2021     73

ABŞ 10 İran vətəndaşını qoyduqları sanksiyaları pozmaqda ittiham edir.

Reaktor.az xəbər verir ki, bu barədə Amerikanın Ədliyyə Nazirliyi məlumat yayıb.  Qeyd olunub ki, sözügedən şəxslər 20 ildən çox müddətdə İran rəhbərliyi ilə ticarət əməliyyatlarını gizlətdikləri və bununla da sanksiyaları pozduqları ifadə edilib.

İttihamlar arasında 25 milyon dollarlıq neft əməliyyatlarının San- Fernanda Vadisi, Kanada, Hong -Kong və Birləşmiş Ərəb Əmirliklərində yerləşən ön şirkətlər vasitəsi ilə edildiyi vurğulanıb.

Sözügedən 10 nəfər 157 min dollardan çox pul yuyulmasında da ittiham olunub.

Bu şəxsləri günahkar olduqları təqdirdə 20 ilə qədər həbs cəzası gözləyir. //Qafqazinfo